Yığmamız AÇ-ni 9 medalla başa vurdu

ESTAFET/ Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışın son günündə aktivinə daha bir medal yazıb. 

Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüş keçirmədən bürünc mükafata yiyələnib. Buna rəqibin yarımfinaladək heç bir görüş keçirməməsi, yəni Fransa və Avstriya güləşçilərinin xalça üzərinə çıxmaması səbəb olub. 

Həsrətdən fərqli, Xasay Həsənli (72 kq) təsəlliverici qarşılaşmada Otar Abuladzeyə (Gürcüstan) 1:5 hesabı ilə uduzub. 

Beləliklə, millimiz Avropa çempionatını 9 medalla başa vurub.  Cəfərovadək sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçisi Zaur Əliyev (55 kq) isə birinci yeri tutub. 

Müəllif: Natiq NƏSİROV