Millimizin 251-ci futbolçusu
ESTAFET/ Yoldaşlıq görüşündə Türkiyə ilə qarşılaşan Azərbaycan millisində daha bir futbolçu debüt edib.
Yarımmüdafiəçi Murad Xaçayev yığmamızın heyətində ilk oyununa çıxıb.
63-cü dəqiqədə meydana çıxan milliləşdirilmiş oyunçu yığmanın tarixinə 251-ci futbolçu kimi düşüb. Xaçayevə qədər yığma formasını 250 oyunçu geyinmişdi.
Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçirilən oyunda Türkiyə yığması 2:1 hesabı ilə öndədir.