“Spartak” “Qalatasaray”ın futbolçusunu istəyir
ESTAFET/ Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kristian Luindama karyerasını Rusiyada davam etdirə bilər. Müdafiəçi Moskva “Spartak”ının maraq dairəsinə düşüb.
“Qırmızı-ağlar” 27 yaşlı konqolu ilə bağlı təklif göndərməyə hazırlaşır. Onun transferinin təxminən 3,5 milyon avroya başa gələcəyi gözlənilir.
Qeyd edək ki, Luindama ötən mövsüm 28 oyunda 2 qol vurub. Onun müqaviləsi 2022-ci ildə başa çatacaq.