Eskalante Bakıda seminar keçəcək
ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin sədri, həmçinin Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir.
AMKF-dən verilən məlumata görə, WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək.
Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assitentlik edəcək.
Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara internet yayımı ilə qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.