Bank işçiləri arasında həvəskar badminton turniri keçirilib
ESTAFET/ 1 saylı idman liseyində Azərbaycan Badminton Federasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif bankların əməkdaşları arasında həvəskar badminton yarışı keçirilib. 32 kişi və qadın bamdintonçu şəxsi kateqoriyada qüvvəsini sınayıb. Mükafatçıları aşağıdakı kimi müəyyənləşib:
Şəxsi
Kişilər:
1.Ramiz Əbilov (PAŞA Bank) 2.Kamil Abdullayev (Rabitəbank) 3.Hikmət Rüstəmov (Rabitəbank)
Qadınlar:
1.Aynur Qənbərova (Yelo Bank) 2.Ülviyyə Müzəffərli (AccessBank) 3.Nigar Nabaei (Bank Melli İran)
Turnirin mükafatçıları təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunub. İlk 3 pillənin sahiblərinə hədiyyə kuponları təqdim edilib.
Yarışın keçirilməsində məqsəd ölkənin bank sektorunda badminton idman növünə marağın artırılması, o cümlədən bu idman növünün inkişafına biznes və maliyyə sektorunun dəstəyinin stilmullaşdırılmasıdır.