Legionerlər Dünya Kubokunda yığmaya iki bürünc qazandırdı

ESTAFET/ İyunun 9-dan 12-dək Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib.

Yarışda Azərbaycanı kişilər arasında yığma komandanın üzvləri İvan Tixonov, Nikita Simonov və Mənsum Səfərov təmsil ediblər. Rus legioner İvan Tixonov paralel qollarda bürünc medala layiq görülüb.

Komandanın digər legioner üzvü Nikita Simonov isə halqa ilə hərəkətlərdə uğurla çıxış edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb. 

Müəllif: Zaur HACIYEV