Voleybolçular hazırlığın növbəti mərhələsində

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqların növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb.   

Komanda təlim-məşq toplanışını “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdirəcək. Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.  

Qeyd edək ki, milli AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

Müəllif: Bəhruz MƏMMƏDOV