Mundiala 4 para-atıcı ilə

ESTAFET/ Azərbaycan para-atıcıları Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bu gün start götürən və noyabrın 15-dək davam edəcək yarışda baş məşqçi Əfqan Əhmədovun rəhbərliyi altında Yelena Taranova (10 m),  Kamran Zeynalov (10 və 50 m), Rafiq Əliyev (25 m) və Elşad Məmmədov (10 və 50 m) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verən yarışdır.

Müəllif: Bəhruz MƏMMƏDOV