"XARI BÜLBÜL ŞUŞA" ölkə çempionuna qalib gəldi
Yeni mövsümə hazırlaşan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” komandası daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Bu il Super Liqada debüt edəcək Şuşa təmsilçisi Azərbaycan çempionatının hazırkı qalibi, ölkəmizi “Çağırış kuboku” turnirində təmsil edən “Murov”la qarşılaşıb. Görüş “Xarı Bülbül Şuşa”nın 3-0 hesablı qələbəsilə yekunlaşıb. 30-28, 25-19 və 25-14. Xatırladaq ki, komanda bundan əvvəlki yoxlama görüşündə MOİK-dən üstün olmuşdu.