Yığmamızla oyundan öncə Avstriya yığmasının heyətində dəyişiklik

ESTAFET/ AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Avstriya yığmasının heyətində dəyişiklik olub.
Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
LASK klubunun qapıçısı Aleksander Şlager zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onu Almaniyanın “Bayer” klubunda çıxış edən Patrik Pents əvəzləyib.
Xatırladaq ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə Linz şəhərində qarşılaşacaq. (Sports.az)
