Qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışı ilə başa çatıb

Atıcılıq üzrə dünya çempionatının gərgin qrafiki bu gün qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışı ilə başa çatıb. Yarışda qızıl medalı Slovakiya təmsilçisi 54 xalla Danka Bartekova qazanıb. Gümüş medalı isə ondan yalnız 1 xalla geri qalan Dania Vissi əldə edib. Yarışın bürünc medalı yunanıstanlı Emmanuela Katzurakiyə gedib.

Dünya çempionatında bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarına 4 lisenziya oynanılıb. Oyunda maraqlı məqamlardan biri də qaliblər Danka Bartekova, Dania Vissi və finalçı Krovetto Çadidlə yanaşı, finala düşməyən Türkiyə təmsilçisi Sena Canın da lisenziya qazanması olub.

Müəllif: Bəhruz MƏMMƏDOV