Hüseynovlu “Arda”dan çətin qələbə

ESTAFET/ Bolqarıstan çempionatında 17-ci turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Beroe” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arda” hazırda 28 xalla 5-ci pillədə qərarlaşıb.
