Azərbaycan Basketbol Liqasında (ABL) ikinci dövrə yekunlaşıb
11 və 12 yanvar tarixlərində keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2-ci dövrə yekunlaşıb.
10-cu turda "Sərhədçi" 78-64 hesabı ilə "A" qrupunun son pilləsində qərarlaşmış NTD klubu üzərində qələbə qazanıb. "B" qrupunda "Şəki" 111-82 hesabı ilə "Lənkəran"a, "Ordu" klubu isə 81-74 hesabı ilə "Quba"ya qalib gəlib. 10-cu turun bağlanış oyununda "B" qrupunun lideri "Gəncə" 98-79 hesablı qələbə ilə "Sumqayıt"dan güclü olub.
Geridə qalmış iki dövrədən sonra "A" qrupuna "Sabah", "B" qrupuna isə "Gəncə"dən bir oyun artıq keçirmiş "Ordu" klubu liderlik edir.