Anna Sofia Obrien İtaliyada keçirilən beynəlxalq fiqurlu konkisürmə yarışında bürünc medal qazanıb

6-9 fevral tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Anna Sofia Obrien, İtaliyada keçirilən “Egna Dance Trophy” turnirində uğurlu çıxış edib.

İdmançımız ritm və sərbəst proqram üzrə mübarizə apararaq 15 ölkədən 18 konkisürən arasında 129.35 xal toplayıb və 3-cü yeri tutaraq bürünc medala sahib olub.

Bu nəticə Azərbaycan fiqurlu konkisürməsi üçün əhəmiyyətli uğur hesab edilir və idmançımızın beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdiyini göstərir.

Müəllif: Bəhruz MƏMMƏDOV