Azərbaycanın qadınlardan ibarət çimərlik voleybolu yığması Misirdə təlim-məşq toplanışına start verib

Azərbaycanın qadınlardan ibarət çimərlik voleybolu yığması beynəlxalq yarışlara hazırlıq məqsədilə Misirin Hurqada şəhərində təlim-məşq toplanışına yola düşüb. 7-28 fevral tarixlərini əhatə edən hazırlıq prosesi zamanı komandamız intensiv məşqlərlə yanaşı, Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirində də iştirak edəcək.

Bu turnir Azərbaycan millisinin beynəlxalq arenada gücünü sınaması və təcrübəsini artırması baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Bəhruz MƏMMƏDOV