AAF-ın Texniki Komitəsinin iclası keçirilib
![](https://estafet.az/uploads/news/2025-02/_estafetaz_773fd7b2301e4cf077a567dd9_o.jpg)
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında federasiyanın Texniki Komitəsinin iclası keçirilib.
AAF-ın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda 25-26 yanvar 2025-ci il tarixində keçirilmiş Azərbaycan çempionatının hesabatı dinlənilib. İclasda hakimlərə lisenziyaların verilməsi, onların peşəkarlığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra mart ayında təşkil olunacaq yeniyetmələrin ölkə birinciliyinə ilkin hazırlıqlarla bağlı müvafiq tapşırıqlar verilib.
![](https://estafet.az/img/foto200x133.png)