Üçqat Paralimpiya çempionu Raman Salei gənc paraüzgüçülərlə görüşdü

Üçqat Paralimpiya çempionu, titullu paraüzgüçümüz Raman Salei Bakı Su İdmanı Sarayında yeniyetmə və gənc paraüzgüçülərlə görüş keçirib.
Təcrübəli idmançı gənc üzgüçülərlə birgə məşq edib, onlarla öz bilik və bacarıqlarını bölüşüb. Görüş zamanı Raman Salei paraüzgüçülərin suallarını cavablandırıb, yarış təcrübəsi və uğura aparan yol haqqında dəyərli məsləhətlər verib.
Bu cür görüşlər gənc idmançıların motivasiyasını artırmaqla yanaşı, onların inkişafına da böyük töhfə verir.
