İsgəndərli hesabı açdı, komandası uduzdu

ESTAFET/ Albaniya çempionatında 5-ci turun oyunları keçirilib.

Azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası "Partizani” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Bilis”lə qarşılaşıb və 1:3 hesablı məğlubiyyətə üzülüb.

İsgəndərli start heyətdə yer alıb və 61-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 20-ci dəqiqədə penaltidən hesabı açmış azərbaycanlı futbolçu vurub.

Müəllif: Orxan NOVRUZOV