Açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı: Ukrayna – Azərbaycan

ESTAFET/ DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də, Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
12 oktyabr 2025
Ukrayna milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
