ASA əməkdaşları üçün kargüzarlıq mövzusunda təlim təşkil olundu

Azərbaycan İdman Akademiyasının əməkdaşları üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi kargüzarlıq işinin səmərəli təşkili, sənədlərlə iş prosesinin təkmilləşdirilməsi, eləcə də elektron sənəd dövriyyəsi sistemindən istifadə zamanı əməkdaşların bilik və bacarıqlarının artırılması olub.
Sənədlərlə iş və icraya nəzarət şöbəsinin müdiri Sevinc Zeynalova sözügedən təlimdə iştirakçılara kargüzarlıq işinin aparılması qaydaları, rəsmi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi prinsipləri, sənədlərin qeydiyyatı və dövriyyəsinin təşkili haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıkarın sualları cavablandırılıb, onların gündəlik fəaliyyətdə qarşılaşdıqları praktiki məsələlər müzakirə edilib.

