ASA-da “ProjectLab” çərçivəsində növbəti layihə idarəetməsi təlimi keçirilib

Azərbaycan İdman Akademiyasının (ASA) Karyera İnkişafı şöbəsinin təşkilatçılığı ilə “ProjectLab” – layihə idarəetməsi üzrə “İdeya → Struktur → Layihə” mövzusunda növbəti təlim keçirilib.

Spiker – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İcraçı direktoru Aygün Kərimova, layihə idarəetməsi sahəsində öz təcrübəsini iştirakçılarla bölüşərək faydalı tövsiyələr verib. Təlimdə iştirakçılar layihə ideyasının formalaşdırılması, ideyanın düzgün strukturlaşdırılması və onun uğurlu layihəyə çevrilməsi mərhələləri haqqında ətraflı məlumat əldə ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV