ASA tələbələri Respublika birincisi olublar

Azərbaycan İdman Akademiyasının (ASA) “Kütləvi-sağlamlaşdırıcı idman” ixtisasının tələbələri Fərid İsrafilzadə və Elçin Hüseynzadə “Fibonacci” Beynəlxalq Robot Olimpiadası çərçivəsində keçirilən FPV Rally 18+ yaş kateqoriyası üzrə yarışda I yerə layiq görülüblər.

7-8 mart tarixlərində Bakı İdman Sarayında təşkil olunan yarışda ASA Developers klubunun üzvləri mühəndislik və proqramlaşdırma bacarıqlarını nümayiş etdirərək böyük əzmkarlıqla mübarizə aparıblar. Pilot Elçin Hüseynzadə yüksək peşəkarlıq nümayiş etdirərək iki dəqiqə ərzində 45 dövrə vurub və bununla da rəqiblərini geridə qoyaraq komandasına qələbə qazandırıb.

Yekunda onlar növbəti mərhələyə – beynəlxalq tura vəsiqə əldə ediblər. Komandamız ölkəmizi 21 ölkənin iştirak edəcəyi Avrasiya Çempionatında təmsil edəcəklər.

Bu münasibət ilə tələbələrimizi təbrik edir və onlara növbəti mərhələdə uğurlar arzu edirik!

Müəllif: Bəhruz MƏMMƏDOV