ASA-da təhsil proqramlarının hazırlanmasına dair vahid yanaşma müzakirə olundu

Martın 11-də Azərbaycan İdman Akademiyasında (ASA) Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin təşkilatçılığı ilə Akademiyanın kafedra müdirləri, proqram rəhbərləri və koordinatorları üçün “İşçi təhsil proqramının və əlavələrinin hazırlanması” mövzusunda təlim keçirilib.

Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin direktoru Nazim Abbasov tərəfindən aparılan təlimin məqsədi ASA-da bakalavriat və magistratura təhsil səviyyələri üzrə keçirilən təhsil proqramları əsasında işçi təhsil proqramlarının hazırlanması prosesində vahid yanaşmanın tətbiqini təmin etmək olub.

Sözügedən təlimdə işçi təhsil proqramlarının hazırlanma prinsipləri, onların struktur tələbləri və tədris prosesində tətbiqi ilə bağlı məsələlər haqqında iştirakçılara ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV