Salah Afrikanın ən yaxşısı seçildi

ESTAFET/ Afrikada geridə qoyduğumuz 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Gözlənildiyi kimi, Misir yığmasının və İngiltərənin “Liverpul” klubunun 25 yaşlı futbolçusu Məhəmməd Salah qitənin ən yaxşı futbolçusu seçilib.

 

Səsvermədə "Liverpul"un digər bir futbolçusu, seneqallı Sadio Mane ikinci, Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq isə üçüncü olub.

 

Xatırladaq ki, Salah az öncə ərəb ölkələrinin səsverməsində də ərəb dünyasının ötən ildə ən yaxşı futbolçusu adını qazanmışdı. 1983-cü ildə Mahmud Əl-Hatibin qitənin ən yaxşısı seçilməsindən sonra, Salah bu adı alan ikinci misirli olub.