Millimiz gürcülərin əvəzinə bu rəqiblə oynayacaq

ESTAFET/ Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində millimizin növbəti rəqibi bəlli olub. Gürcüstanla nəzərdə tutulan qarşılaşma ləğv olunduğundan, AFFA artıq Kosovo Futbol Federasiyası ilə ilkin razılıq əldə edib. Yığmamız fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, bunadək millimiz yanvarın 30-da Moldova ilə qarşılaşacaq.