Badmintonçuların yeni reytinq siyahısı açıqlanıb

ESTAFET/ Beynəlxalq Badminton Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

 

Badmintonçularımızdan apreldə İspaniyanın Huelva şəhərində keçiriləcək kişilərin şəxsi Avropa çempionatında iştirak edəcək Orxan Qələndərov reytinq cədvəlinin 353-cü pilləsində qərarlaşıb. Edi Reski Dviçayo 523, Səbuhi Hüseynov 670, Kənan Rzayev 676, Cahid Əlhəsənov 899, Murad Bayramov isə 1303-cü sırada yer alıb. 

Müəllif: Natiq NƏSİROV