2006-2007 təvəllüdlü uşaqlar arasında Respublika birinciliyi keçirildi

ESTAFET/ Nizami Rayonunda yerləşən 12 nömrəli tam orta məktəbdə badminton üzrə 2006-2007 təvəllüdlü uşaqlar arasında Respublika birinciliyi keçirilib.

 

24 qız və 36 oğlanın qatıldığı birincilikdə, Bakı ilə yanaşı Lənkəran və Gəncədən olan iştirakçılar da yarışın medalları uğrunda mübarizə aparıb. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.

 

Şəxsi oğlanlarda Elşən Novruzov 1-ci, Hidayət İbrahimov 2-ci, Ülvü Hüseynov isə 3-cü yeri tutub. Şəxsi qızlarda Yeganə Əkbərova 1-ci, Həcər Nuruyeva 2-ci, Fatimə Əşrəfova isə 3-cü olub.

 

Qoşa oğlanlarda Elşən Novruzov-Sərxan Bağırov tandemi turnirin qalibi adını qazanıb. Ülvü Hüseynov - Sübhan Məmmədov cütü 2-ci, Hidayət İbrahimov - Məmmədəli Bayramov isə 3-cü olub. Qoşa qızlarda isə Aysu Ələkbərova- Fatimə Əşrəfova cütü yarışın qızıl medalını qazanıb. Yeganə Əkbərova - Zəhra Kərimova 2-ci, Həcər Nuruyeva - Mədinə Nağıyeva isə 3-cü olub.

 

Qarışıq cütlərdə yarışın ən güclüsü adını Elşən Novruzov - Aysu Ələkbərova cütü qazanıb. Sərxan Bağırov - Həcər Nuruyeva 2-ci, Ülvü Hüseynov - Yeganə Əkbərova isə 3-cü olub. Qaliblər ABF tərəfindən diplom və medallarla təltif olunub. 

Müəllif: Natiq NƏSİROV