Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı

ESTAFET/ Millətlər Liqasının VI turunda keçiriləcək Kosovo - Azərbaycan oyununa təyinatlar açıqlanıb. Noyabrın 20-də keçiriləcək görüşü fransalı hakimlər idarə edəcək.

 

D liqasının III qrupunun oyunun baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək.

 

Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.

 

Rusiyalı Aleksandr Qvardis oyunun hakim-inspektoru, italiyalı Antonio Talariko isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Müəllif: Orxan NOVRUZOV