"Trabzonspor"a transfer qadağası

ESTAFET/ FIFA "Trabzonspor" klubunu cəzalandırıb. Ali futbol qurumu Super Liqa klubuna müvəqqəti transfer qadağası qoyub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Milan”ın Sosa və Yuray Kuçka transferi üçün Qaradəniz təmsilçisinin müəyyən olunan məbləği ödəmədiyinə görə “Trabzonspor”u FIFA-ya şikayət etdiyi bildirilib. Bunu araşdıran ali futbol qurumu Super Liqa klubuna müvəqqəti transfer qadağası qoyub.

 

Sosa və Kuçka 2017-ci ildə “Trabzonspor”a transfer edilib. “Trabzonspor” “Milan”a 2 milyon avro olan borcunu ödəyəcəyi təqdirdə, cəza qüvvədən düşəcək.

 

FIFA bir müddət əvvəl “Kayserispor” və “Bursaspor”u da transfer qadağasıyla cəzalandırmışdı. 

Müəllif: Bəhruz MƏMMƏDOV