Kosova yığmasının hücumçusu "Fənərbaxça"da
ESTAFET/ Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini açıqlayıb. Klub saytının məlumatına görə, İstanbul təmsilçisi "Rizəspor"un hücumçusu Vedat Murikini transfer edib. Kosovo yığmasının üzvüylə 4 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatının məlumatına görə, "sarı-lacıvərdlilər" bu keçid üçün qarşı tərəfə 5 milyon avro və 3 futbolçu verəcək. 25 yaşlı Muriqi 2018-ci ildə "Əskişəhərspor"dan "Rizəspor"a keçmişdi. Onun bir illik müqaviləsi qalmışdı. Vedat millisinin heyətində ötən il Millətlər Liqaısnda yığmaməzla hər 2 matçda əsas heyətdə meydana çıxmışdı.