Çalhanoğluna daha bir müştəri

ESTAFET/ İspaniyanın “Atletiko” klubu Türkiyə yığmasının futbolçusu Hakan Çalhanoğlunu transfer etməyə qərar verib. Madrid təmsilçisi İtaliya “Milan”ının yarımmüdafiəçisi ilə danışıqlara başlamağa hazırlaşır.

Klub rəhbərliyi onunla ilkin müqavilə imzalamaq arzusundadır. Madridlilər Hakanı yayda azad agent kimi heyətinə qatmaq üçün indidən anlaşmaq fikrindədir.

“Atletiko” yarımmüdafiəçini heyətində görmək istəyən digər klublarla rəqabət üçün Çalhanoğluya yüksək maaş da vəd edir. Madridlilər ona ildə 3,5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, futbolçunun xidmətində maraqlı olan klublar arasında İngiltərə nəhəngi “Mançester Yunayted” də var.

Müəllif: Natiq NƏSİROV