“Fənərbaxça”nın hədəfində daha 2 futbolçu
ESTAFET/ Türkiyənin “Fənərbaxça” klubunun transfer siyahısındakı daha iki futbolçunun adı bəlli olub. Qış transfer pəncərəsindəki fəallığı ilə seçilən İstanbul təmsilçisi sol cinah yarımmüdafiəçisi mövqeyini gücləndirmək niyyətindədir.
Digər Türkiyə klubu “Qalatasaray”a da təklif olunan 29 yaşlı Kvinsi Promes indi də “sarı-lacivərdlilər”in gündəmindədir. Niderland “Ayaks”ında çıxış edən vingerin keçidi ilə bağlı danışıqlara aparmağa hazırlaşır.
“Fənərbaxça” eyni mövqedə oynayan Ussama İdrissinin də keçidində maraqlıdır. İspaniya “Sevilya”sının 24 yaşlı mərakeşli oyunçusunu icarəyə götürmək fikrindədir.
Qeyd edək ki, “Fənərbaxça”nın sol cinah yarımmüdafiəçisi axtarmasına səbəb Diego Perottinin zədəli olmasıdır.