AFFA Ukraynadan daha bir futbolçunu milliləşdirir
ESTAFET/ Ukraynanın “Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan millisinə çağırıla bilər. Bu barədə meta-ratings.com.ua saytı məlumat yayıb.
Bildirilib ki, AFFA əslən azərbaycanlı olan Quliyevi gənclərdən ibarət yığmaya çağırılması üçün milliləşdirmək niyyətindədir. Assosiasiya bununla bağlı 18 yaşlı oyunçuya dəvət göndərib və futbolçu fikirləşmək üçün vaxt istəyib.
Qeyd edək ki, AFFA Ukraynanın digər klubu “Minay”ın futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni milliləşdirməyə çox yaxındır. (apasport.az)