Respublika birinciliyinin qalibləri müəyyənləşib

ESTAFET/ Bakı şəhəri 1 saylı idman liseyində 2008-2009 təvəllüdlü badmintonçular arasında Respublika birinciliyinə yekun vurulub. 5 kateqoriya üzrə keçirilən turnirdə ümumilikdə 78 iştirakçı yarışıb. Turnirdə Bakı ilə yanaşı Gəncə və Siyəzəndən olan badmintonçular medallar uğrunda mübarizə aparıb.

Şəxsi

Oğlanlar: 1. Ülvi Hüseynov 2. Emil Akçurin 3. Murad İbrahimli, Əmirxan Muradov

Qızlar: 1. Əminə İsmayılova 2. Nərmin Hüseynova 3. Fatimə Həsənzadə, Aysu Kərimzadə

Qoşa

Oğlanlar: 1. Emil Akçurin – Ülvi Hüseynov 2. Əli Gözəlov – Əmirxan İmanov 3. Məhəmməd Yolçuyev – Anar Hüseynov, Murad İbrahimli – İlham Hacıyev

Qızlar: 1. Əminə İsmayılova – Nərmin Hüseynova 2. Aysu Kərimzadə - Fatimə Həsənzadə 3. Leyla Camalzadə - Nəzrin Mehrəlizadə, Viktoriya Kumanyayeva – Dəniz Novruzova

Qarışıq qoşa: 1. Ülvi Hüseynov– Nərmin Hüseynova 2. Emil Akçurin – Əminə İsmayılova 3. Məhəmməd Yolçuyev – Fatimə Həsənzadə, Əmirxan İmanov – Aysu Kərimzadə

Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Respublika birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.

Müəllif: Natiq NƏSİROV