Bakı çempionatına yekun vurulub

ESTAFET/ 1 saylı idman liseyində keçirilən badminton üzrə Bak çempionatına yekun vurulub. Turnirdə 20 oğlan, 12 qız olmaqla ümumilikdə 32 badmintonçu iştirak edib. Bakı çempionatının mükafatçıları 5 kateqoriya üzrə müəyyənləşib:.

Şəxsi

Kişilər: 1. Cahid Əlhəsənov 2. Aqil Qəbilov 3. Rəvan Niftəliyev.

Qızlar: 1. Həcər Nuriyeva 2. Nigar Əliyeva 3. Mədinə Nağıyeva.

Qoşa

Oğlanlar: 1. Rəvan Niftəliyev - Aqil Qəbilov 2. Sərxan Bağırov - Cahid Əlhəsənov 3. Kərim Musayev - Tural Rəsulov.

Qızlar: 1. Əminə İsmayılova - Həcər Nuriyeva 2. Nigar Səmədova - Nigar Əliyeva 3. Nərmin Hüseynova - Mədinə Nağıyeva.

Qarışıq qoşa: 1. Cahid Əlhəsənov - Həcər Nuriyeva 2. Rəvan Niftəliyev - Nigar Əliyeva 3. Aqil Qəbilov - Nigar Səmədova .

Azərbaycan Badminton Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı keçirilən Bakı çempionatının mükafatçıları diplom və medallarla təltif olunublar. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan Bakı çempionatı 5 İyul- Dünya Badminton Günü ərəfəsində təşkil olunub.

Müəllif: Zaur HACIYEV