Hətəmov Dünya Karate Federasiyasının rəhbəri ilə görüşdü

Fransada səfərdə olan Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosa və Avropa Karate Federasiyasının baş katibi Davor Çipeklə görüşüblər.
Rəsmi, işgüzar şəraitdə keçən görüşdə AKF-nin fəaliyyəti və gələcək planları ilə bağlı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
