Kubokun "Abşeron"-"Quba" 1/8 final oyununda əsl triller yaşanıb
28 yanvar basketbol üzrə Azərbaycan Kubokunda (2025) 1/8 final oyunları baş tutub.
Günün ilk oyununda NTD 87-73 hesabı ilə səfərdə "Lənkəran" üzərində rahat qələbə qazanıb və 1/4 finalda "Şəki" klubunun rəqibi olub. Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş "Abşeron"-"Quba" oyununda isə azarkeşlər əsl trillerə şahidlik ediblər. Beləki, iki əlavə vaxtın yaşandığı görüşün sonunda "Abşeron" 96-94 hesabı ilə rəqibinə qalib gəlib və 1/4 finalda "Naxçıvan" klubuna rəqib olub.
Qeyd edək ki, 1/8 finalın son iki oyunu ("Gəncə"-"Ordu", "Sumqayıt"-"Neftçi") 29 yanvar tarixində baş tutacaq