Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 33 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan Bakı Böyük Dəbilqə turniri 14-16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.

Üç gün davam edəcək turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Yarış "Azercell Telecom" MMC-nin baş sponsorluğu və "Azman Holding"in dəstəyi ilə keçirilir.

Biletləri iTicket.az saytından əldə edə bilərsiz

https://iticket.az/events/sport/judo-grand-slam-tournament1

Yarışda Azərbaycanı təmsil edəcək heyət:

Kişilər

-60 kq
Əhməd Yusifov
Murad Muradlı
Turan Bayramov
Balabəy Ağayev

-66 kq
Yaşar Nəcəfov
Ruslan Paşayev
Rəşad Yelkiev
Elşən Əsədov

-73 kq
Rəşid Məmmədəliyev
İbrahim Əliyev
Vüsal Qələndərzadə
Qadir Hüseynov

-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
Məhərrəm İmamverdiyev
Süleyman Şükürov

-90 kq
Tuncay Şamil
Əli Qazıməmmədov

-100 kq
Əjdər Bağırov
Davud Namazlı

+100 kq
Uşanqi Kokauri
Camal Feyziyev
Kənan Nəsibov
Ramazan Əhmədov

Qadınlar

-48 kq
Leyla Əliyeva
Könül Əliyeva
Şəfəq Həmidova

-57 kq
Fidan Qasımova
Fidan Əlizadə

-63 kq
Nərgiz Hacıyeva

-70 kq
Südabə Ağayeva
Günel Həsənli

+78 kq
Nigar Süleymanova

Müəllif: Natiq NƏSİROV