Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib

ESTAFET/ Bu gün GİN-nin Voleybol Mərkəzində XII turun iki qarşılaşması baş tutub. MOİK “Xilasedici”lə, “Murov Az Terminal” isə “Neftçi” komandası ilə üz-üzə gəlib.
Turun ilk qarşılaşmasında “Xilasedici” 3:0 hesabı ilə MOİK-ə qalib gəlib. “Murov Az Terminal” və “Neftçi” oyununda isə qalib dörd set müəyyən olunub. “Murov Az Terminal” 3:1 hesabı ilə rəqibini məğlub edib.
Qeyd edək ki, XII turun son oyunu “AZERRAIL” və “Gənclər” arasında olacaq. Qarşılaşmasının keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.
Oyunların nəticələri:
Yüksək Liqa
25 fevral 2025
XII tur
MOİK - “Xilasedici” 0:3 (10:25, 19:25, 11:25)
“Murov Az Terminal” - “Neftçi” 3:1 (25:18, 25:22, 24:26, 25:21)
