Türk futbolçu La Liga klubunda

ESTAFET/ İspaniyanın “Hueska” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Yeni mövsümdən La Liqada mübarizə aparmaq hüququ qazanan komanda, Türkiyənin “Osmanlıspor” klubundan Sərdar Gürləri transfer edib. Bu barədə xəbəri Türkiyə mətbuatı verib.

 

26 yaşlı yarımmüdafiəçi ilə 4 illik razılıq əldə edilib.

 

Sərdar son mövsümdə “Osmanlıspor”un heyətində Super Liqada 29 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV