Modriç "Real" rəhbərliyinə ayrılmaq istəyini bildirib

ESTAFET/ Madrid "Real"ının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç rəhbərliyə klubdan ayrılmaq istəyini bildirib. Bu haqda İtaliyanın nüfuzlu "Gazzetta dello Sport" nəşri məlumat yayıb. 

 

Xorvat futbolçunun Milan "İnter"inin maraq dairəsində olduğu bildirilir. Nəşr həmçinin Modrçin agentinin "Real"la danışıqlar apardığını qeyd edib. Futbolçu klubla ili 10 milyon avro olan yeni 4 illik müqavilə imzala bilər. 

 

Daha öncə "Real"ın baş məşqçisi Xulen Lopeteqi Modriçin bu yay klubu tərk etməyəcəyini bildirmişdi. Eyni vaxtda "İnter"in baş məşqçisi Luçano Spaletti xorvat pleymeykerlə işləməyi arzuladığını bildirmişdi. 

Müəllif: Natiq NƏSİROV