"Çelsi" futbolçusunu icarəyə verdi

ESTAFET/ İngiltərənin “Çelsi” klubu daha bir futbolçusunu icarəyə verib. 21 yaşlı Ola Ayna İtaliyanın “Torino” klubuna keçib.

 

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, mövsümün sonunadək “Torino”da çıxış edəcək.

 

Qeyd edək ki, Nigeriya millisinin üzvü “Çelsi”nin yetirməsidi. Ötən mövsüm “Hall Siti”də icarədə oynayan gənc futbolçu 44 oyuna çıxıb.

 

“Torino” mövsümün sonunda 9 milyon avro ödəyərək, 21 yaşlı müdafiəçinin transfer hüququna da sahib ola bilər. 

Müəllif: Orxan NOVRUZOV