“Sevilya" Hollandiya millisinin üzvünü heyətinə qatdı
ESTAFET/ İspaniyanın “Sevilya” klubu transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu qatıb. La Liqa təmsilçisi Moskva “Spartak”ından Kvinsi Promesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat verib.
Hollandiya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. “Sevilya” 26 yaşlı futbolçu üçün Moskva klubuna 20 milyon avro ödəyib.
“Spartak"da 135 oyuna 66 qol vuran Promes, 28 dəfə də Hollandiya millisinin şərəfini qoruyub.