Bundesliqadan Superliqaya
ESTAFET/ Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Super Liqa təmsilçisi Almaniyanın “Boxum” komandasında çıxış edən Ömər Uzunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
Ömər Uzun həm də Türkiyənin U-19 yığma komandasında forma geyinir. O, ötən mövsüm “Boxum”da 25 oyuna çıxıb, 18 qola imza atmaqla bombardir olub.