“Valensiya”nı PSV-yə dəyişdi

ESTAFET/ “Valensiya”nın futbolçusu Toni Lato karyerasını Hollandiyada davam etdirəcək. 21 yaşlı müdafiəçi PSV klubuna keçib.

Bu barədə Erediviziya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lato 2019/20 mövsümünü icarə əsasında PSV-də keçirəcək.


21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin üzvü olan Toni, son mövsümdə La Liqada 28 qarşılaşmada iştirak edib. 

Mənbə: Sport24.az

Müəllif: Estafet.az