“Fənərbaxça”dan “Başakşəhər”ə
ESTAFET/ Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Hasan Ali Kaldırım komandası ilə yollarını ayırıb. Bunu sosial şəbəkədə paylaşım edən futbolçunun özü açıqlayıb.
“Fənərbaxça” ilə vidalaşan oyunçu karyerasını digər İstanbul klubunda davam etdirəcək. O, son çempion “Başakşəhər”lə anlaşıb. Kaldırım bu gün tibbi müayinədən keçəcək.