Tağıyev baş məşqçi, Ağayev məşqçi oldu
ESTAFET/ Qurban Tağıyev karate üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi təyin edilib. Bu haqda Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytında məlumat verilib.
Bir müddət əvvəl federasiya ilə müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəz edən Q.Tağıyev, bu yeni təyinatla həm də federasiyanın Məşqçilər Komitəsinin sədri sayılır. Artıq bir neçə ildir milli komandanın böyük məşçqisi olan Tağıyev 5-ci dan qara kəmər sahibi olmaqla yanaşı, idmançı karyerasında Dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya kuboku yarışlarının isə dəfələrlə qalib və mükafatçısı olub.
Milli komandanın lideri Rafael Ağayev də məşqçilər heyətinə cəlb olunub.