AÇ-də iştirak edəcək 12 karateçimizin adı dəqiqdir

ESTAFET/ 19-23 may tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək karate və para karate üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyətinə böyük ölçüdə aydınlıq gəlib. Belə ki, qitə birinciliyində Azərbaycanın 12 idmançısının iştirakı artıq rəsmiləşib.
Kişilərin kumite yarışında 60, 67 və 84 kq-da kimlərin mübarizə aparacağı hələ ki dəqiqləşməyib.
Kata (fərdi): Neda Rezai, Roman Heydərov
Kata (komanda): Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev
Kumite (qadınlar): Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)
Kumite (kişilər): Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq).
