Uşaqların Müdafiəsi gününə həsr olunan badminton oyunları keçirildi
ESTAFET/ Dünən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə dəstəyilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan açıq havada həvəskar badminton oyunları keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin layihələr üzrə katibi Ceyhun Rəhmanov və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ekspoziya şöbəsinin müdiri Turan Həsənova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Ardınca açıq havada quraşdırılan badminton meydançası azyaşlıların ixtiyarına verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin hazırladığı əl işləri ilə tanış olublar. Uşaqlar arasında müxtəlif əyləncəli oyunlar təşkil olunub.
Milli Olimpiya Komitəsinin 30 illliyi çərçivəsində təşkil olunan tədbirin keçirilməsində məqsəd ölkə ərazisində badmintonun kütləviliyinə nail olmaq, uşaqlar arasında badmintonu təbliğ etmək, azyaşlıların asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdir. Tədbirin sonunda uşaqlara kitab hədiyyə olunub.