Ələddin Məlikov Avropa çempionatının finalına yüksəldi

Azərbaycan Karate Federasiyasının məlumatına görə, 16-17 yaşlı gənclərdən ibarət yığma komandanın üzvü Ələddin Məlikov (-68 kq) karate üzrə 52-ci Avropa çempionatının finalında qızıl medal uğrunda mübarizə aparacaq.
İdmançımız Polşanın Bielsko-Biala şəhərində keçirilən çempionatda inamlı çıxış edərək finala yüksəlib və həlledici döyüşdə rəqibi ilə qarşılaşacaq.
Qeyd edək ki, yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.
